Ermənistan hökuməti istefa verir – Paşinyandan rəsmi açıqlama

Ermənistanın Nazirlər Kabineti yeni parlamentin fəaliyyətə başlamasından öncə istefaya gedəcək.

Konsensus.az xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan hökumətin toplantısında bəyan edib.

"9-cu çağırış parlamentin qurulması ilə əlaqədar olaraq bu, bizim sonuncu görüşümüzdür", - deyə Ermənistan hökumətinin başçısı vurğulayıb.

Ölkə Konstitusiyasına görə, hökumət istefa verməlidir və bundan sonra prezident parlament çoxluğunun təqdim etdiyi namizədi baş nazir postuna təyin edəcək.

Ermənistanın Parlamenti avqustun 2-dən etibarən fəaliyyətə başlayır. Yeni hökumətin tərkibi məhz həmin orqan tərəfindən müəyyənləşdiriləcək.

30.07.2026 08:56