Günəşdə növbəti partlayış

Günəşdə aktivlik pik həddə çatır.

Konsensus.az xəbər verir ki, iyunun 3-də səhər saatlarında ulduzumuzda ən yüksək "X" kateqoriyasına yaxın intensiv partlayış baş verib. Mütəxəssislərin fikrincə, Bakı vaxtı ilə saat 09:00 radələrində qeydə alınan M7.8 gücündəki bu püskürmə 27 dəqiqə çəkib. Sinoptiklər bundan bir qədər əvvəl isə Günəşdə M9.3 gücündə digər bir partlayışın da yaşandığını xatırladıblar. (TASS)

03.06.2026 11:05