Gündəlik 50 qram kolbasa kolorektal xərçəng riskini 18% yüksəldir

Kolbasa, bekon və bəzi ət yarımfabrikatlarının müntəzəm istehlakı kolorektal xərçəng riskini artıra bilər.

Konsensus.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Səhiyyə Nazirliyinin Milli Kliniki Endokrinologiya İnstitutunun həkim-endokrinoloqu Yekaterina Yerşova danışıb.

"Bir porsiya fastfud dərhal xərçəng yaratmır. Lakin bu cür qidaların ayrı-ayrı komponentləri müntəzəm qəbul edildikdə risk yüksəlir. Ən tutarlı sübutlar emal olunmuş ət məhsulları – kolbasa, bekon və müxtəlif ət yarımfabrikatları ilə bağlı əldə olunub", – deyə mütəxəssis bildirib.

Yerşovanın sözlərinə görə, hələ 2015-ci ildə Xərçəngin Araşdırılması üzrə Beynəlxalq Agentliyin (IARC) ekspertlər qrupu emal olunmuş ətin kolorektal xərçəng riskini artırdığı qənaətinə gəlib. Tədqiqatlara əsasən, gün ərzində 50 qram emal olunmuş ət istehlak etmək bu xəstəliyin yaranma riskini təxminən 18 faiz artırır.

Bununla yanaşı, 2024-cü ildə aparılmış sistematik icmal və meta-təhlil də ultraemal olunmuş qidaların həddindən artıq qəbulu ilə yoğun bağırsaq xərçəngi riski arasında müəyyən əlaqə olduğunu təsdiqləyib.

Lakin endokrinoloq vurğulayıb ki, bu cür müşahidə xarakterli tədqiqatlar xəstəliyin yeganə səbəbinin qidanın emal dərəcəsi olduğunu qəti şəkildə söyləməyə imkan vermir.

27.07.2026 03:07