Gərginlik pik həddə: İran ABŞ-nin Bəhreyn və Küveytdəki hərbi bazalarına raket zərbələri endirdi

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin son hava hücumlarına cavab olaraq bölgədəki Amerika hərbi obyektlərinə genişmiqyaslı zərbələr endirdiyini bəyan edib.

Konsensus.az xəbər verir ki, bu barədə SEPAH-ın İctimaiyyətlə Əlaqələr İdarəsinin yaydığı rəsmi bəyanatda bildirilir. Bəyanatda deyilir ki, ABŞ ordusunun Hörmüzqan vilayətinin sahillərinə və Mahşəhr bölgəsindəki mülki obyektlərə etdiyi hücumlar atəşkəsin və "İslamabad razılaşması"nın açıq şəkildə pozulmasıdır. Təcavüzə ilkin cavab olaraq, SEPAH-ın Hərbi Dəniz və Aerokosmik Qüvvələri birgə raket və pilotsuz uçuş aparatı (PUA) əməliyyatı həyata keçirib. Əməliyyat nəticəsində ABŞ-yə məxsus ümumilikdə 85 hədəf uğurla vurulub.

Hədəflər arasında Bəndər Salman hərbi obyektləri, ABŞ-nin Bəhreyndə yerləşən Beşinci Donanmasının bazası, Küveytdəki "Əli Əs-Salim" Hərbi Hava Bazası və bir ədəd "MQ-9" PUA-sı qeyd olunub.

08.07.2026 09:20