
Prezident İlham Əliyevin Sərəncamı ilə ötən il general-mayor ali rütbəsinə layiq görülən Anar İsmayılova ağır itki üz vermişdir.
Konsensus.az xəbər verir ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Baş Īdarə Rəisi general-mayor Anar İsmayılovun atası Müslüm İsmayılov uzun sürən xəstəlik səbəbindən vəfat etmişdir.
Qeyd edək ki, Anar İsmayılov, 44 günlük Vətən müharibəsində son dərəcə əhəmiyyətli olan rabitə əlaqələrinin yaradılmasında xüsusilə fərqlənən şəxslərdəndir.
Prezident İlham Əliyevin 2014-cü il avqustun 22-də imzaladığı Sərəncamla “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.
21 avqust 2021-ci ildə Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Allah rəhmət eləsin !