Goranboyda ağır yol qəzası: Yaralılar var

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Konsensus.az-ın məlumatına görə, hadisə rayonun Səfikürd kəndi ərazisində qeydə alınıb.

Qəza zamanı "Opel" və VAZ-21099 markalı avtomobillər toqquşub. Hadisə nəticəsində rayon sakinləri - "Opel"də olan sərnişin, 1963-cü il təvəllüdlü Afət Məmmədova və VAZ-21099 markalı avtomobilin sürücüsü, 1989-cu il təvəllüdlü Rəşad Məmmədov xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma başlanılıb.

29.08.2026 13:34