
Qəzza uğrunda İsraillə savaşan HƏMAS-ın hərbi qanadının rəhbəri öldürülüb. Hərəkat Məhəmməd Odanın ölümünü təsdiqləyib.
Konsensus.az xəbər verir ki, bu barədə "Al Jazeera" məlumat verib.
HƏMAS-ın verdiyi bəyanatda qeyd olunur ki, Qəzza şəhərində bir binada baş verən partlayış nəticəsində Məhəmməd Oda, onun həyat yoldaşı və iki həyatını itirib.
Bundan öncə İsrail Müdafiə Qüvvələri də hərbi qanada rəhbərlik və kəşfiyyat strukturlarına nəzarət edən Məhəmməd Odanın öldürüldüyünü bəyan etmişdi.
İsrail tərəfi əməliyyatın HƏMAS rəhbərliyinə qarşı həyata keçirilən zərbələr çərçivəsində baş tutduğunu bildirir və təşkilatın hərbi qanadının İsrail qüvvələrinə qarşı hücumların təşkilində ittiham edir.