Hizbullah ilə bağlı önəmli informasiyaya 10 milyon dollar vəd edildi

ABŞ hökuməti Livandakı "Hizbullah" qruplaşmasının müxtəlif maliyyələşdirmə kanallarının aşkar edilməsi və bloklanmasına səbəb olan məlumatlar üçün 10 milyon dollara qədər mükafat elan edib.

Konsensus.az xəbər verir ki, müvafiq məlumat Dövlət Departamentinin rəsmi saytında yerləşdirilib.

"Hizbullah"ın maliyyə sxemlərinin pozulmasına kömək edən məlumat üçün 10 milyon dollara qədər mükafat təyin edilib", - deyə məlumatda bildirilib.

Dövlət Departamenti ABŞ-nin Livandakı əsas məqsədinin "Hizbullah" birləşmələrinin tam tərksilah edilməsi və yerli hökumətin öz ölkəsinin ərazisi üzərində tam

nəzarəti bərpa etməsi olduğunu vurğulayıb.

22.05.2026 08:50