
Azərbaycan Prezidenti İlham Əliyevlə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
Konsensus.az xəbər verir ki, bu barədə Prezidentin X sosial media hesabında paylaşım edilib.
Paylaşımda deyilir: “Bu gün Prezident Emmanuel Makrondan telefon zəngi aldım. Telefon danışığı zamanı Azərbaycan–Fransa ikitərəfli münasibətlərinin gündəliyində duran məsələləri nəzərdən keçirdik və qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi apardıq.