
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) regiondakı ABŞ hərbi obyektlərinə qarşı genişmiqyaslı yeni raket və pilotsuz uçuş aparatı (PUA) hücumlarına başlayıb.
Konsensus.az xarici KİV-ə istinadən xəbər verir ki, hücum dalğası çərçivəsində İrandan İordaniya istiqamətinə ballistik raketlər buraxılıb. Zərbələr nəticəsində İordaniyadakı ABŞ hərbi hava qüvvələrinin istifadə etdiyi strateji aviabaza hədəf alınıb.
Eyni zamanda, Kuveytdə yerləşən ABŞ hərbi bazasına endirilən zərbələr nəticəsində ərazidə güclü yanğın qeydə alınıb. İran ordusunun yaydığı bəyanatda hərbi infrastrukturun, o cümlədən rabitə sistemləri və yanacaq anbarlarının vurulduğu iddia edilir.
Hazırda bölgədəki ABŞ bazalarına və hərbi obyektlərinə qarşı ballistik raket zərbələrinin davam etdiyi bildirilir.