
İran İslam Respublikası Hörmüz boğazı ilə yük daşıması həyata keçirən gəmiçilik şirkətləri üçün "Bitcoin"lə olan "Hormuz Safe" ("Təhlükəsiz Hörmüz") sığorta xidmətini işə salıb.
Konsensus.az bu barədə "Bloomberg" agentliyinə istinadən xəbər verir.
Agentlik bildirir ki, may ayının əvvəlində Fars körfəzində çətin vəziyyətdə qalmış 1 500-dən çox kommersiya gəmisi olub.
“Fars" agentliyi dərc etdiyi skrinşotda bildirir ki, xidmətin İran gəmiçilik şirkətləri və yük sahibləri üçün əlçatan olacağı bildirilir. Şərtlərə görə, Fars körfəzində Hörmüz boğazı və ətraf sulardan keçən daşımalar üçün kriptoqrafik təsdiqli sığorta polisləri təqdim ediləcək, ödənişlər isə "Bitcoin"lə həyata keçiriləcək.
İran illərdir ABŞ sanksiyaları altındadır və məhdudiyyətlərdən yayınmaq üçün kriptovalyutalardan, xüsusən də "Bitcoin"dən aktiv istifadə edir. Aprelin sonunda ABŞ-nin maliyyə naziri Skott Bessent bəyan etmişdi ki, "İqtisadi qəzəb'" əməliyyatı çərçivəsində ABŞ İrana məxsus 500 milyon dollara yaxın kriptovalyutanı müsadirə edib.