İranda HHM sınağı zamanı mərmi yaşayış binalarının yaxınlığına düşüb, yaralılar var

İranın Xuzistan əyalətində keçirilən hava hücumundan müdafiə (HHM) sınaqları zamanı bədbəxt hadisə baş verib və atılan mərmilərdən biri Əndimeşk şəhərindəki yaşayış massivinə düşüb.Konsensus.az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, hadisə nəticəsində dörd mülki şəxs xəsarət alıb.

Əyalət valisinin təhlükəsizlik məsələləri üzrə müavini Vəliyullah Həyati bildirib ki, yaralıların vəziyyəti stabildir və onların hamısı tibb müəssisələrinə yerləşdirilib.

Onun sözlərinə görə, silahlı qüvvələrin və əyalət rəhbərliyinin operativ müdaxiləsi nəticəsində vəziyyət tam nəzarət altına alınıb və əhali arasında təşviş müşahidə olunmur.

30.04.2026 21:50