
Bəhreyn kralı Həmməd bin İsa Əl Xəlifə İrana müraciətində Həzrət Məhəmmədin (s) əsrlər öncə İrana mənəvi və intellektual nur gətirdiyini xatırladıb. O, Tehranın heç olmasa bu mərhəmətə minnətdarlıq əlaməti olaraq Bəhreyndəki ABŞ bazalarına və krallığa hücum etməməsini istəyib.
Konsensus.az xəbər verir ki, bu barədə İranın Press TV kanalı məlumat yayıb. Qeyd olunur ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqeyi bu müraciətə cavab olaraq, peyğəmbər mesajına istinad edənlərin əvvəlcə öz əməllərini və siyasətlərini qiymətləndirməli olduğu və müsəlmanların düşmənlərinə yardım etməmələrinin vacibliyi qeyd olunub.