
Fələstinin Qəzza zolağına humanitar yardım aparan "Qlobal Sumud Donanması"nın üzvləri Türkiyəyə gətirilib.
Konsensus.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) "X" sosial media hesabında məlumat paylaşıb.
Məlumatda ümumilikdə 41 ölkədən 422 nəfərin "Türk Hava Yolları" (THY) tərəfindən təşkil olunan xüsusi reyslə Türkiyəyə gətirildiyi onlardan 85-nin Türkiyə vətəndaşı olduğu bildirilir.
Hava limanında XİN başçısının müavini Ali Özel “Qlobal Sumud Donanması”nın üzvlərini qarşılayıb və hər zaman və hər yerdə vətndaşlarımızın yanında olmağa qətiyyətlə davam edəcəklərini vurğulayıb.