
İsveçin paytaxtı Stokholmda yerləşən Rusiyanın səfirliyi növbəti dəfə pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.
Konsensus.az xəbər verir ki, bu barədə İnterfaks diplomatik missiyaya istinadən məlumat yayıb.
Bildirilib ki, PUA-lardan biri diplomatik nümayəndəliyin ərazisinə qırmızı boya ilə dolu konteyner atıb, ikincisi isə binanın yaxınlığına düşüb.
Qeyd edək ki, hadisə iyulun 2-nə keçən gecə baş verib.