
Vaşinqton rəsmi Pekinin süni intellekt və yarımkeçiricilər sektoruna zərbə vuracaq yeni sanksiya paketi hazırlayır.
Konsensus.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi ABŞ hökumətindəki rəsmi mənbələrə istinadən öz məlumatında bildirir. Ağ Ev ABŞ şirkətlərinin Çinin qabaqcıl texnologiya sahələrinə investisiya qoymasını tamamilə məhdudlaşdıracaq yeni fərman üzərində son tamamlanma işlərini aparır.
Layihənin əsas məqsədi Çinin hərbi məqsədlər üçün istifadə edə biləcəyi süni intellekt (AI) sistemlərinin inkişafını dondurmaqdır. Xəbərdə qeyd olunur ki, bu qərar ABŞ texnologiya nəhənglərinin gəlirlərinə ciddi təsir göstərə bilər. Rəsmi Pekin isə artıq Vaşinqtonu qlobal ticarət qaydalarını pozmaqda və tədarük zəncirini manipulyasiya etməkdə ittiham edib.