Müharibədə "MQ-9 Reaper" itkisi: ABŞ arsenalının 25%-ni itirib

ABŞ Silahlı Qüvvələri İranla müharibə zamanı arsenalındakı "MQ-9 Reaper" pilotsuz uçuş aparatlarının (PUA) təxminən 25%-ni itirib.

Konsensus.az xəbər verir ki, "The Washington Post" (WP) qəzeti mənbələrinə istinadən xəbər verir ki, amerikalılar Hörmüz boğazı bölgəsində İran üçün asan hədəfə çevrilən ümumilikdə 45 ədəd "MQ-9 Reaper" aparatı itiriblər. Aşağı hündürlükdə və kifayət qədər yavaş uçan, kəşfiyyat aparmaq və nöqtəvi zərbələr endirmək üçün istifadə olunan bu dronların dəyəri quraşdırılmış sensorların və silahların növündən asılı olaraq 30 milyon dollardan 50 milyon dollaradək dəyişə bilər. Nəşrin hesablamalarına görə, bu itkilər səbəbindən amerikalı vergiödəyicilərinin üzərinə düşə biləcək potensial xərc 1,3 milyard dolları ötür. Məlumata əsasən, PUA-ların heç də hamısı vurulmayıb, bəzi aparatlar operatorlarla əlaqə kəsildikdən sonra qəzaya uğrayıb.

15.08.2026 22:00