
İranın Hərbi Dəniz Qüvvələri Oman körfəzində ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus esminesə zərbə endirdiyini açıqlayıb.
Konsensus.az xəbər verir ki, bu barədə İranın "Fars" agentliyi məlumat yayıb.
İran HDQ-nin mətbuat xidmətinin bəyanatında bildirilir ki, ABŞ esminesi İranın ərazi sularına yaxınlaşmağa cəhd göstərib. Məlumata görə, gəmi aşkarlanaraq müəyyən edildikdən sonra onun üzərində yerləşən komandanlıq və idarəetmə mərkəzinə zərbə endirilib.