
Oman sahillərində tankerə hücum olub, zədələnmə nəticəsində yanacağın bir hissəsi dənizə sızıb.
Konsensus.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Gəmiçiliyi Əlaqələndirmə Mərkəzi (UKMTO) məlumat yayıb.
“UKMTO-ya Omanın, Muskat şəhərində 60 dəniz mili şərqdə baş vermiş insidentlə bağlı məlumat daxil olub. Tankerin kapitanı xəbər verib ki, su sərhədi yaxınlığında gəminin sol bortunun arxa hissəsində xaricdən partlayış baş verib”,-deyə məlumatda qeyd olunur.