Pentaqondan CENTCOM-a İrana zərbə tapşırığı: Qərar seçkilərdən əvvəl verilə bilər

Pentaqon ABŞ Mərkəzi Komandanlığına (CENTCOM) İrana qarşı ehtimal olunan hərbi zərbələrə hazırlıq prosesini yekunlaşdırmağı tapşırıb.

Konsensus.az xəbər verir ki, bu barədə "Axios" nəşri mənbələrinə istinadən xəbər verib.

Məlumata əsasən, hücumun dəqiq tarixi hələ müəyyənləşdirilməyib. Donald Tramp müxtəlif variantları dəyərləndirməyə davam edir. Eyni zamanda, həm ABŞ, həm də İsraildəki mənbələr hərbi müdaxilənin İsraildə oktyabrın 27-də keçiriləcək seçkidən və ABŞ-də noyabrın 3-nə planlaşdırılan aralıq seçkilərindən əvvəl baş tuta biləcəyini istisna etmirlər.

Nəşr bildirir ki, hücum reallaşacağı təqdirdə İranın nüvə obyektləri və enerji infrastrukturu əsas hədəflər sırasındadır.

Ağ Evdən verilən açıqlamada vurğulanıb ki, ABŞ Hörmüz boğazına nəzarət məsələsində üstün mövqeyə sahibdir, Tehran isə dərin iqtisadi çətinliklərlə üz-üzədir.

"Trampın əlində bütün üstünlüklər var və o, ABŞ-nin maraqlarına ən uyğun addımı atacaq", – deyə nəşrin mənbəsi əlavə edib.

08.10.2026 07:11