
Pirallahı Sənaye Parkında rezidentlər tərəfindən bu günədək ümumi dəyəri 76,3 milyon manat olan məhsul istehsal edilib.
Konsensus.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) məlumat verilib. Bildirilib ki, hazırda Agentliyin idarəçiliyində olan sənaye parkında 6 rezident fəaliyyət göstərir.
Park üzrə ümumi investisiya portfeli 175,64 milyon manat təşkil edir. Bu vəsaitin artıq 98,23 milyon manatı layihələrin icrasına yönəldilib. Sənaye parkında həyata keçirilən layihələr həm də məşğulluğun artırılmasına töhfə verir. Hazırda fəaliyyət göstərən müəssisələrdə 201 nəfər daimi işlə təmin olunub. Layihələrin tam icra olunması nəticəsində daimi iş yerlərinin sayının 515-ə çatdırılması nəzərdə tutulur.