Prezident İlham Əliyev: "Azərbaycanda İslam dəyərlərinin qorunmasına həmişə böyük önəm verilib"

"Milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan, dünyada milyardlarla insan üçün mənəvi dayaq və bələdçi rolunu oynayan İslam dəyərlərinin qorunmasına Azərbaycanda həmişə böyük önəm verilib".

Konsensus.az xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının iştirakçılarına ünvanladığı müraciətdə yer alıb.

Dövlət başçısının müraciətində, həmçinin bu məqam vurğulanıb: "Biz İslamın həmrəylik və qarşılıqlı hörmət prinsiplərinin təbliği istiqamətində müxtəlif təşəbbüslərlə çıxış edir, mütəmadi olaraq İƏT və onun qurumlarının tədbirlərinə ev sahibliyi edirik". (AZƏRTAC)

24.06.2026 07:06