
Azərbaycan Prezidenti İlham Əliyev İordaniya Kralı II Abdullah ibn Al Hüseyni ölkəmizə səfərə dəvət edib.
Konsensus.az xəbər verir ki, dövlət başçısı dəvəti İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadini qəbul edərkən edib.
Prezident İlham Əliyev Azərbaycanda, İordaniyada və beynəlxalq tədbirlər çərçivəsində Kral II Abdullah ibn Al Hüseyn ilə görüşlərini məmnunluqla diqqətə çatdırıb. (Prezident.az)