
IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin cari və gələcək prioritetlərinə dair mühüm bəyanatlar verib.
Konsensus.az məlumat verir ki, dövlət başçısı Şuşadakı çıxışında ölkənin əsas strateji hədəflərini açıqlayıb.
Prezident İlham Əliyev bildirib: "Bu gün bizim əsas gündəliyimiz təbii ki, dayanıqlı inkişafın təmin edilməsidir, Qarabağın bərpasıdır, yenidən qurulmasıdır, layihələrimizin yekunlaşdırılmasıdır ki, onların nəticəsində yeni nəqliyyat marşrutları yaradılacaq".
Dövlətimizin başçısı çıxışında həmçinin qlobal çağırışlara və müasir texnologiyaların tətbiqinə də toxunub. Prezident əlavə edib ki, Azərbaycanın inkişaf gündəliyində, həmçinin rəqəmsal transformasiya və süni intellektin inkişafı məsələləri də xüsusi yer tutur.