Qırmızı dəniz sahilində kritik dəyişiklik: Yəmənin qərb sahili tamamilə husilərin nəzarətinə keçdi

Yəməndə hərbi-siyasi gərginlik fərqli mərhələyə qədəm qoyub. "Al Jazeera" telekanalına istinadən

Konsensus.az xəbər verir ki, husi döyüşçüləri ölkənin bütün qərb sahil zolağını tamamilə öz nəzarətləri altına alıblar.

Məlumata görə, Qırmızı dənizin Yəmən sahilində qalan son strateji nöqtələrin də tutulması ilə hərəkat bölgədəki mövqelərini tam möhkəmləndirib.

Qırmızı dəniz sahilində yerləşən əsas mərkəzlərdən olan Moxa şəhərinin ələ keçirilməsi husilərə qərb sahilini tam nəzarətdə saxlamaqla yanaşı, dünya ticarətinin ən mühüm dəniz dəhlizlərindən sayılan Bab-əl-Məndəb boğazı üzərində də təsir imkanlarını əhəmiyyətli dərəcədə genişləndirməyə şərait yaradıb.

11.09.2026 10:08