QHT nümayəndələri ilə onlayn məsləhətləşmə keçirilib

22 iyun 2026-cı il tarixində AİDS-lə Mübarizə İctimai Birliyinin sədri Nofəl Şərifov “QHT nümayəndələri ilə onlayn məsləhətləşmə” adlı tədbirdə iştirak edib.

Onlayn məsləhətləşmə zamanı QHT-lərin yeni maliyyələşdirmə qaydaları, “Bir pəncərə” prinsipi əsasında maliyyələşdirmə mexanizmi, QHT-lər üçün müəyyən edilmiş uyğunluq meyarları və GC8 qrant müraciətinin hazırlanması ilə bağlı məsələlər müzakirə olunub.

Görüş çərçivəsində icma prioritetlərinin müəyyənləşdirilməsi prosesində QHT-lərin fəal iştirakının əhəmiyyəti vurğulanıb. Eyni zamanda, QHT-lərin təcrübə və təkliflərinin gələcək fəaliyyətlərin planlaşdırılmasında nəzərə alınmasının vacibliyi qeyd edilib.

AİDS-lə Mübarizə İctimai Birliyi İİV və vərəm sahəsində icma əsaslı xidmətlərin əlçatanlığının, keyfiyyətinin və dayanıqlılığının gücləndirilməsinə, eləcə də bu istiqamətdə aidiyyəti qurumlar, icmalar və vətəndaş cəmiyyəti təşkilatları arasında əməkdaşlıq və dialoqun inkişafına dəstəyini davam etdirir.

22.06.2026 08:12