Qlobal Fond, dövlət qurumları və QHT-lərlə görüş

22 iyul 2026-cı il tarixində AİDS-lə Mübarizə İctimai Birliyinin sədri Nofəl Şərifov “Qlobal Fond, dövlət qurumları və QHT-lərlə görüş” adlı tədbirdə iştirak edib.

Görüş zamanı GC8 qrantının hazırlanması, QHT-lərin yeni maliyyələşdirmə mexanizmləri, xidmətlərin inteqrasiyası və daxili maliyyələşməyə keçid imkanları ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin miqrantların və gənclərin hədəf qruplarına daxil edilməsi, PrEP xidmətlərinin genişləndirilməsi, rəqəmsal xidmətlərin inkişafı və icma əsaslı proqramların davamlılığının təmin olunması məsələləri diqqət mərkəzində olub.

AİDS-lə Mübarizə İctimai Birliyi İİV və antinarkomaniya sahəsində icma əsaslı xidmətlərin əlçatanlığının və keyfiyyətinin artırılması, eləcə də bu xidmətlərin dayanıqlılığının gücləndirilməsi istiqamətində əməkdaşlıq və dialoqun davam etdirilməsini dəstəkləyir.

22.07.2026 12:35