Qlobal neft ehtiyatları görünməmiş sürətlə tükənir

İranla müharibə səbəbindən qlobal neft ehtiyatları tarixdə görünməmiş sürətlə tükənir.

Konsensus.az Blomberg-ə istinadən xəbər verir ki, beynəlxalq neft ehtiyatları İranla müharibə səbəbilə indiyə qədər qeydə alınmış ən sürətli tempdə azalır. Əgər Hörmüz Boğazı bağlı qalarsa, dünya yaxın aylarda təhlükəli hədlərlə üzləşə bilər:
İyun ayına qədər: Bir çox neft emalı zavodu əməliyyat təzyiqi mərhələsinə çata bilər və bu da zərər görən ölkələrdə xam neftin paylanmasının məhdudlaşdırılmasına səbəb ola bilər.
Sentyabr ayına qədər: Sistem minimum fəaliyyət səviyyəsinə enə bilər. Bu halda bəzi zavodlar bağlanmağa məcbur qalacaq, qiymətlər kəskin şəkildə artacaq və xam neft qıtlaşacaq.

10.05.2026 06:04