Qlobal neft ehtiyatlarında rekord azalma - Birgə Bəyanat

Hörmüz boğazı vasitəsilə neft nəqlində yaranan fasilələr qlobal iqtisadiyyatın sabitliyi və enerji təchizatı üçün ciddi risklər yaradır.

Konsensus.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyi (IEA), Beynəlxalq Valyuta Fondu (IMF), Dünya Bankı (WB) və Ümumdünya Ticarət Təşkilatının (WTO) rəhbərlərinin birgə bəyanatında bildirilir.

Sənəddə qeyd olunub ki, boğazdakı mövcud geosiyasi və texniki vəziyyət fonunda qlobal neft ehtiyatları rekord sürətlə tükənməkdədir:

Təklif həcmləri normal səviyyəyə qayıtmayınca, Şimal yarımkürəsində yay mövsümü ərəfəsində neft tələbinin pik həddə çatması qlobal ehtiyatların sürətlə azalmasını stimullaşdıracaq. Bu isə yanacaq təhlükəsizliyi, bazar şəraiti və bütövlükdə qlobal iqtisadiyyatın davamlılığı üçün artan risklər deməkdir”, — deyə bəyanatda vurğulanıb.

29.05.2026 20:51