Ərdoğan: "Kədərdə və sevincdə hər zaman birik"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 18 Oktyabr – Azərbaycanda Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib.

Konsensus.az xəbər verir ki, Türkiyə lideri "X" (keçmiş Twitter) sosial şəbəkəsindəki rəsmi hesabında yazıb:

“Dost və qardaş Azərbaycanın Müstəqilliyinin Bərpası Gününü ölkəm və millətim adından səmimi-qəlbdən təbrik edirəm".

Ərdoğan paylaşımında iki ölkə arasındakı sarsılmaz birliyə diqqət çəkərək əlavə edib:

"Azərbaycan Prezidenti, qardaşım İlham Əliyevə, kədərdə və sevincdə hər zaman bir olduğumuz Azərbaycan türkü qardaşlarıma salamlarımı çatdırıram".

19.10.2026 12:05