
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donalt Tramp arasında telefon danışığı baş tutub.
Konsensus.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının "X" sosial şəbəkə hesabında məlumat yayılıb.
Məlumatda hər iki ölkə arasında mövcud münasibətlər, həmçinin regional və qlobal məsələlər müzakirə edilib.
R. T. Ərdoğan ABŞ-nin İranla atəşkəsin uzadılması qərarını müsbət bir addım kimi qiymətləndirib, mübahisəli məsələlərdə ağlabatan həll yolunun mümkünlüyünə dərindən inandığını və ortaya qoyulan konstruktiv təşəbbüslərə dəstəyini davam etdirəcəyini ifadə edib.
O həmçinin Suriyada sabitliyin olmasının bütün region üçün mühüm bir nailiyyət olduğunu, rəsmi Ankaranın Dəməşqə yönəlmiş dəstəyinin fasiləsiz davam edəcəyini, həmçinin Livandakı vəziyyətin pisləşməsinin qarşısının alınmasının vacibliyini qeyd edib.
Türkiyə lideri eyni zamanda ABŞ-nin San-Dieqo şəhərindəki məscidlərdən birinə edilən hücumla bağlı Trampa başsağlığı verib və Ankaranın hansı dini qrupa qarşı törədilməsindən asılı olmayaraq, bu növ nifrət cinayətlərinə qətiyyətlə qarşı olduğunu vurğulayıb.