Rossbax: “May ayında belə rekord gözlənilmirdi – Bakıya normadan 400 faiz çox yağış düşüb”

"Bir neçə gün əvvəl Bakıya normadan 400 faiz artıq yağış yağıb".

Konsensus.az xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən "Şəhərlər bağlantının mərkəzində: Yenidənqurma və regional əməkdaşlıq" mövzusundakı xüsusi sessiyada deyib.

O bildirib ki, bu yağışların qarşısını almaq mümkün deyildi:

"Bu hadisələr iqlim dəyişikliyinin təzahürüdür. May ayında kim belə şey gözləyərdi? Biz buna uyğun cəmiyyət qurmalıyıq. Binalarımızı, evlərimizi ona uyğun tikməliyik. İnsanlar iqlim dəyişikliyinə hazır olmalıdır".(oxu.az)

19.05.2026 12:40