
İyulun 6-na keçən gecə Rusiya silahlı qüvvələri Kiyev şəhərinə kütləvi raket zərbəsi endirib.
Konsensus.az Ukrayna mediasına istinadən xəbər verir ki, hücum nəticəsində 9 nəfər ölüb, 46 nəfər yaralanıb.
Partlayışlar şəhərin müxtəlif rayonlarında və ətrafında baş verib. İnsanlar metro stansiyalarına sığınıb.
Kiyev şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenkonun məlumatına görə, Podol rayonunda yaşayış binası qismən uçub. Darnitsa rayonunda bir neçə çoxmərtəbəli bina zədələnib, dağıntılar altında insanlar ola bilər.
Kiyev meri Vitali Kliçko hava hücumundan müdafiə qüvvələrinin hücumu dəf etdiyini bildirib və sakinləri sığınacaqlarda qalmağa çağırıb.