
Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə həyata keçirdiyi növbəti kütləvi hava hücumu nəticəsində azı 9 nəfər həlak olub, 27 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Konsensus.az xəbər verir ki, Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin yaydığı məlumata görə, yaralananlar arasında 4 uşaq da var.
Bildirilir ki, hücum nəticəsində yaşayış və mülki infrastruktur obyektlərinə ziyan dəyib. Hadisə yerində xilasedicilər dağıntılar altında qalan şəxslərin axtarışı və xilas edilməsi istiqamətində fasiləsiz iş aparırlar.
Rəsmi qurumlar dağıntılar altında insanların qala biləcəyini istisna etmir. Əraziyə çoxsaylı xilasedici qüvvələr, təcili tibbi yardım briqadaları və digər aidiyyəti xidmətlər cəlb olunub.
Axtarış-xilasetmə əməliyyatları davam etdiyi üçün ölən və yaralananların sayının dəyişə biləcəyi bildirilir. (BBC)