Rusiya Ukraynanın iki təyyarəsini VURDU

Rusiya ordusu Nikolayev vilayətindəki Voznesensk aerodromunda Ukrayna Silahlı Qüvvələrinə məxsus iki "MiQ-29" təyyarəsini "Geran-4 Seeker" PUA-sı (Pilotsuz Uçuş Aparatı - dron) ilə məhv edib.

Konsensus.az-ın xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

Nazirlik döyüş təyyarələrinin və yerüstü dəstək avadanlıqlarının məhv edilməsinin görüntülərini yayımlayıb.

27.06.2026 17:26