Son sutkada Livanda İsrail aviazərbələri 35 nəfərin həyatına son qoyub

Son 24 saat ərzində İsrailin aviazərbələri Livanda dağıntılara səbəb olub və nəticədə 35 nəfər ölüb, 182 nəfər isə yaralanıb.

konsensus.az xəbər verir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyi "X" sosial şəbəkəsində bildirib.

"Martın 2-də hərbi eskalasiya başlayandan bəri İsrailin zərbələri nəticəsində ölənlərin ümumi sayı 3 468-ə, yaralıların sayı isə 10 577-yə çatıb", - nazirliyin məlumatında qeyd olunub.


03.06.2026 14:00