“SSRİ dağıldıqdan sonra sovet rəhbərlərinin əksəriyyəti unuduldu Heydər Əliyev isə…”

Ölkəsində milli iftixar mənbəyi və əsl xilaskar səviyyəsində ümumxalq ehtiramı qazanmış Ulu öndər Heydər Əliyev SSRİ miqyasında görkəmli dövlət xadimi kimi etiraf olunan və beynəlxalq miqyasda böyük siyasətin qroyssmeystrlərindən biri olaraq qəbul edilən nəhəng simalardandır. SSRİ dağıldıqdan sonra sovet rəhbərlərinin, Siyasi Büro üzvlərinin əksəriyyətinin müstəqillik qazanmış Rusiya Federasiyasının və ya mənsub olduqları keçmiş müttəfiq respublikaların, yaxud beynəlxalq təşkilatların siyasətində, yaxud idarəetməsində nəzərəçarpacaq səviyyədə təmsil oluna bilməmələri çox keçməmiş onların təqaüdçü kimi unudulub getmələrinə səbəb olmuşdur.

Bu barədə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli “Xalq qəzeti”ndə dərc olunan Heydər Əliyev fenomeni: siyasi portretin miqyası və şəxsiyyətin missiyası adlı məqaləsində yazıb.

Məqalədə qeyd olunur ki, onlardan fərqli olaraq Heydər Əliyev isə böyük çətinliklərdən, maneələrdən keçərək xalqın tələbi ilə yenidən böyük siyasətə qayıtmış, müstəqillik epoxasının da dünya miqyasında əsas simalarından biri olmuş, Azərbaycan xalqının Ümummilli lideri səviyyəsinə yüksəlmişdir. Haqlı olaraq Heydər Əliyev obrazlı şəkildə “Zəmanəmizin qəhrəmanı” adlandırılmışdır. Bununla da Heydər Əliyev ümumdünya tarixində, mənsub olduğu xalqın tarixində və yaddaşında qüdrətli dövlət xadimi kimi əbədi yaşamaq haqqı qazanmışdır.

10.05.2026 12:35