Türkiyədə lisey qarşısında silahlı insident: 11 şagird yaralanıb

Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda liseyin qarşısında silahlı insident baş verib.

Konsensus.az -ın məlumatına görə, bu barədə ölkənin ədliyyə naziri Akın Gürlek "X" sosial media hesabında paylaşım edib. Nazir bildirib ki, hadisə nəticəsində 11 şagird yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır.

İnsidenti məktəbin 15 yaşlı şagirdinin törətdiyi məlum olub. O, liseyin qarşısında ətrafa nizamsız atəş açaraq həmşıxdaşlarını yaralayıb. Yaralılar dərhal yaxınlıqdakı xəstəxanalara təxliyə olunublar.

A.Gürlek hadisəni törətməkdə şübhəli bilinən şəxsin artıq saxlanıldığını qeyd edib. Polis ərazini nəzarətə götürüb, təhlükəsizlik tədbirləri çərçivəsində sözügedən liseydə tədris müvəqqəti dayandırılıb. Hadisə ilə bağlı araşdırma aparılır.

22.09.2026 08:25