"Tasnim": Tehran iyul ayındakı hərbi toqquşmalarda ABŞ-nin itkilərini açıqladı

İran Silahlı Qüvvələri iyul ayında baş vermiş iki həftəlik hərbi qarşıdurma zamanı ABŞ ordusuna 20 milyard dollardan çox zərər vurduğunu iddia edib.

Konsensus.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi nümayəndəsi Hüseyn Mohebinin bəyanatına istinadən məlumat yayıb.

Bildirilib ki, sözügedən məbləğ iyulun 8-dən 22-dək İran qüvvələri tərəfindən vurulduğu iddia edilən ABŞ-yə məxsus hərbi texnika, silah-sursat və müdafiə infrastrukturunun bərpa dəyərini əks etdirir.

Agentlik analitiklərinin məlumatına görə, bu qiymətləndirmə ABŞ silahlarının bazar dəyəri, Pentaqonun müdafiə müqavilələri və analoji hərbi obyektlərin bərpası ilə bağlı açıq mənbələrdə dərc olunan rəsmi məlumatlar əsasında hazırlanıb.

26.07.2026 10:00