
Donald Tramp bildirib ki, mayın 24-də İranla bağlı mümkün hərbi əməliyyatların başlayacağı barədə qərarını açıqlayacaq.
Konsensus.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Axios" portalına müsahibəsində bildirib.
ABŞ prezidenti qeyd edib ki, qərardan əvvəl komandası ilə məsləhətləşmələr aparacaq. Görüşdə Cey. Di. Vens, prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff və sahibkar Cared Kuşner iştirak edəcəklər.
Trampın sözlərinə görə, müzakirələrdən sonra İranla bağlı növbəti addım barədə yekun qərar veriləcək.