Ukraynaya məxsus döyüş təyyarəsi qəzaya uğradı

Ukrayna ordusunun "MiQ-29" qırıcısı Poltava vilayətində qəzaya uğrayıb.

Konsensus.az-ın məlumatına görə, bu barədə Ukrayna SQ-nin Hərbi Hava Qüvvələrindən bildiriblər.

"27 iyun 2026-cı il gecəsi Poltava vilayətində döyüş tapşırığını yerinə yetirən Ukrayna Silahlı Qüvvələrinə məxsus "MİQ-29" qırıcısı ilə əlaqə itib. Təyyarənin itirildiyini təsdiqləyirik", - deyə məlumatda qeyd edilib.

Məlumatlara əsasən, pilot katapult edərək xilas olmağı bacarıb. Hazırda təyyarənin qəzaya uğrama səbəblərinin araşdırıldığı bildirilir.

27.06.2026 08:00