
Türkiyədə yeni yaradılan YENİ Parti qısa müddətdə topladığı ianə kampaniyası ilə gündəmə gəlib.
Konsensus.az xəbər verir ki, bu barədə partiyanın açıqladığı məlumata görə bildirilib. Məlumata görə, cəmi 48 saat ərzində vətəndaşlardan 4 milyon ABŞ dollarından çox ianə toplanıb.
Kampaniya çərçivəsində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü, Ankaranın sabiq meri Melih Gökçek də partiyaya simvolik olaraq 1 lirə 3 quruş (təxminən 4 Azərbaycan qəpiyi) ianə göndərib.
Lakin YENİ Parti bu addıma fərqli reaksiya verib. Partiya rəhbərliyi göndərilən məbləği Gökçekə geri qaytararaq bununla bağlı sosial media hesabında paylaşım edib.
Paylaşımda "Millətimizin halal ianələrinə haram qatmarıq" ifadəsi yer alıb. Bu açıqlama qısa müddətdə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və siyasi dairələrdə müxtəlif reaksiyalar doğurub.
Qeyd edək ki, YENİ Parti yarandığı ilk günlərdən etibarən ianə kampaniyası və hökumətə yönələn sərt çıxışları ilə Türkiyə siyasi gündəminin diqqət mərkəzinə çevrilib.