
Dünən Mingəçevir şəhəri, Qarabağ suvarma kanalında batan şəxsin axtarışları davam etdirilir.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, hazırda vətəndaş - 2012-ci il təvəllüdlü Nicat Yalçın oğlu Şərifzadənin batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.