ABŞ Dövlət Katibi Marko Rubio Yaxın Şərq Turuna Başlayıb

Yaxın Şərq turuna başlayan ABŞ-nin dövlət katibi Marko Rubio Vaşinqton ilə Tehran arasında imzalanan müqavilə çərçivəsində İrana edilən güzəştlərlə bağlı regional müttəfiqlərin narahatlıqlarını aradan qaldırmağa çalışacaq. Konsensus.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb. Qeyd edək ki, bəzi Körfəz ölkələri bu sazişdəki şərtlərin İran üçün həddindən artıq əlverişli olduğunu hesab edir.

Məlumata əsasən, iyunun 23-də Əbu-Dabiyə səfər edən Marko Rubio burada jurnalistlərin suallarını cavablandırarkən deyib: "Bu məsələ mütləq danışıqlarda müzakirə olunacaq". O, həmçinin müqavilə mətninə daxil edilməyən digər problemlərin də həll olunacağını diqqətə çatdırıb. ABŞ hərbi bazalarına ev sahibliyi edən və keçmiş münaqişələr zamanı İranın raket zərbələrindən zərər çəkən Birləşmiş Ərəb Əmirlikləri və Küveyt dövlət katibinin regional turunun əsas dayanacaqları sırasındadır.

Paralel olaraq, ABŞ Senatı dünən Prezident Trampın İrana qarşı hərbi əməliyyat aparmaq səlahiyyətini məhdudlaşdıran qanun layihəsini 50 senatorun lehinə səsi ilə qəbul edib. Trampın müharibə səlahiyyətlərini məhdudlaşdıran analoji qanun layihəsi bu ayın əvvəlində Nümayəndələr Palatası tərəfindən də təsdiqlənmişdi.

24.06.2026 06:49