
ABŞ Prezidenti Donald Tramp maliyyə naziri Skott Bessentə İspaniya ilə bütün ticarətin dayandırılmasını tapşırdığını bəyan edib.
Konsensus.az "Reuters"ə istinadən xəbər verir ki, ABŞ prezidenti bunu Ankarada keçirilən NATO sammiti çərçivəsində bildirib.
Onun sözlərinə görə, o, belə bir qərar qəbul edib, çünki İspaniyanı NATO üzrə bərbad tərəfdaş hesab edir.
Daha əvvəl, mart ayında İspaniya höluməti bildirmişdi ki, ABŞ İrana qarşı əməliyyatlar üçün ölkə ərazisindəki birgə hərbi bazalardan istifadə edə bilməyəcək. Bundan başqa, Madrid hərbi əməliyyata cəlb olunmuş ABŞ təyyarələri üçün öz hava məkanını bağlayıb.