ABŞ-ın məşhur "Bridgewater Associates" koorporasiyasının qurucusu, milyarder sərmayəçi Ray Dalio bildirib ki, böyük büdcə kəsirləri, artan gəlir bərabərsizliyi və sol-sağ siyasi bölünmələr ABŞ-ı illərlə davam edəcək bir qarışıqlığa sürükləyəcək. Yeni bir geosiyasi sistem və süni intellektin yaradacağı problemlər və pozuntuların da bu qarışıqlığa töhfə verəcək.
Milyarder "The New York Times"a verdiyi müsahibədə bildirib: “Qarşıdakı beş il ərzində bütün bu faktorların birləşməsilə ilə böyük dəyişikliklər yaşanacaq. Çox fərqli olacaq və böyük bir dəyişiklik və böyük bir çalxalanma (təlatüm) dövrü olacaq”.
ABŞ-ın sosial və siyasi sisteminin risk altında olduğunu və zorakılıq potensialından narahat olduğunu qeyd edən Dalio deyib: “Aralıq seçkilərə doğru gedirik və məncə Respublikaçılar böyük ehtimalla Nümayəndələr Palatasını itirəcəklər. Məncə o nöqtədən etibarən, xüsusilə həmin seçki ilə 2028-ci ildə keçiriləcək prezident seçkiləri arasında siyasi və sosial münaqişələrin intensivləşdiyini görəcəyik”.
Beynəlxalq səviyyədə artıq qaydalara əsaslanan bir nizamın qalmadığını və ABŞ-İran müharibəsinin nəticəsinin “demək olar ki, qara-ağ şəkildə, Hörmüz Boğazını kimin nəzarətdə saxlayacağı və nüvə materiallarını kimin idarə edəcəyi” kimi müəyyən edilə biləcəyini deyib.
İnvestorların portfellərinin yaxşı şaxələndirilmiş quruluşa malik olması və bunun 5-15 faizinin qızıldan ibarət olması lazım olduğunu bildirən Dalio deyib: “Tarixə baxdıqda, bu dövrlərin hamısında pul vahidlərinin dəyər itirdiyini, qızılın isə dəyər qazandığını görürük”.
