ABŞ-nin Küveytdəki aviabazasının vurulması nəticəsində beş amerikalı əsgər yaralanıb

İranın Küveytdə yerləşən "Əli-əs-Salim" aviabazasına endirdiyi raket zərbəsi nəticəsində 5 amerikalı hərbçi və mülki podratçı yüngül xəsarət alıb.

Konsensus.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Mənbələrin verdiyi məlumata görə, son sutkalar ərzində İran tərəfindən "Fateh-110" ballistik raketi ilə hərbi zərbə endirilib. Küveytin hava hücumundan müdafiə sistemləri raketi səmada zərərsizləşdirsə də, onun qalıqları "Əli-əs-Salim" aviabazasının ərazisinə düşüb. Hadisə nəticəsində bir neçə ABŞ hərbçisi və podratçısı yüngül xəsarət alıb.

Qeyd olunur ki, bundan əlavə hər birinin dəyəri təqribən 30 milyon dollar olan iki "MQ-9 Reaper" zərbə pilotsuz uçuş aparatı zədələnib, biri isə məhv edilib. Zərbə Vaşinqtonda apreldən qüvvədə olan atəşkəs rejiminin uzadılması ehtimalının müzakirə olunduğu fonda baş verib.

"Fateh-110" təxminən 500 kiloqramlıq döyüş başlığı daşıya bilən İranın qısamənzilli ballistik raketidir.

30.05.2026 09:10