ABŞ ordusu İranın 13 şəhərinə hava zərbələri endirdi: Xuzistanda ölənlər var

Yaxın Şərqdə hərbi qarşıdurma daha da kəskinləşib. ABŞ Silahlı Qüvvələri İran İslam Respublikasının ərazisinə genişmiqyaslı hava hücumları təşkil edib.

Konsensus.az xəbər verir ki, bu barədə İranın IRNA agentliyi yerli rəsmi mənbələrə istinadən məlumat yayıb.

Məlumata əsasən, ABŞ ordusunun ölkənin qərbində yerləşən Xuzistan əyalətinə endirdiyi zərbələr nəticəsində ən azı bir nəfər həlak olub, daha dörd nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Bildirilir ki, ABŞ mərmisinin nasos stansiyasına düşməsi nəticəsində obyektin mühafizəçisi həyatını itirib. Yaralıların vəziyyəti xilasetmə xidmətlərinin nəzarəti altındadır.

Bundan başqa, ABŞ aviasiyası İranın azı 13 şəhərindəki hədəflərə zərbələr endirib. Hava hücumlarına məruz qalan şəhərlər arasında Abadan, Əhvaz, Bəndər-Abbas, Bəndər-Mahşəhr, Bəhbəhan, Buşehr, Cask, Dizful, Keşm, Sirik, Xondab, Xürrəmşəhr və Əndiməşk yer alır.

Sözügedən digər şəhərlərdəki hava zərbələri nəticəsində ölən və xəsarət alanların sayı barədə hələlik rəsmi məlumat daxil olmayıb.

13.07.2026 05:07