
Qərbi Azərbaycan məsələsi həm tariximizin, həm də milli kimliyimizin ayrılmaz bir parçasıdır".
Konsensus.az xəbər verir ki, bu fikirləri "Qərbi Azərbaycana qayıdış: Milli ideyanın yeni mərhələsi kimi" I Beynəlxalq Konfransında çıxış edən Türkiyə-Azərbaycan Dostluq Qrupunun sədri Şamil Ayrım səsləndirib.
Ş.Ayrım vurğulayıb ki, bu mövzu təkcə Azərbaycanın deyil, bütövlükdə türk dünyasının ortaq yaddaşını əks etdirir. Bir sözlə, həqiqətləri universitetlər, media, beyin mərkəzləri və beynəlxalq arenada daha güclü şəkildə müdafiə etməliyik. Məsələni sadəcə şüarlarla deyil, konkret diplomatik addımlarla dəstəkləmək şərtdir. Qərbi Azərbaycana qayıdış ideyası bir qarşıdurma deyil, bölgədəki uzunmüddətli sülhün təməl daşıdır.
Ermənistan cəmiyyətinin bu prosesdən çəkinməməli olduğunu qeyd edən millət vəkili, qaçqın düşmüş insanların öz yurdlarına dönməsinin fundamental bir insan haqqı olduğunu bildirib: "Qərbi Azərbaycandan deportasiya edilənlərin taleyi türk dünyasının ortaq vicdan məsələsidir. İnanırıq ki, gün gələcək, Göyçədə yenidən Azərbaycan nəğmələri ucalacaq. Ədalət gecikə bilər, amma mütləq bərqərar olacaq".