Azərbaycan Hava Yolları Islamabad istiqamətində həyata keçirilən uçuşların tezliyini artırıb

"Azerbaijan Airlines" (AZAL) İslamabad istiqamətində uçuşların tezliyini artıraraq həftədə 4 dəfəyə çatdırıb.

Bu barədə Konsensus.az-a AZAL-dan bildirilib.

Qeyd olunub ki, yeni reys 16 iyundan başlayaraq həftənin hər çərşənbə axşamı yerinə yetiriləcək.

Biletləri AZAL-ın rəsmi saytından və mobil tətbiq vasitəsilə əldə etmək mümkündür.

 

14.05.2026 10:42